Valideyn: Oğlum həkim səhlənkarlığı nəticəsində öldü

Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir

Source:


Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir

Azərbaycanda xəstəxanada daha bir uşaq dünyasını dəyişib. Hadisə

Zaqatala rayon Mərkəzi Xəstəxanası

nda baş verib. Valideynləri 6 aylıq uşağın həkim səhlənkarlığı nəticəsində öldüyünü deyirlər.

Onların sözlərinə görə, uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istəyiblər. Lakin həkimlər deyib ki, özləri əməliyyat edəcəklər, ancaq uşaq dünyasını dəyişib.

Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Polis əməkdaşları xəstəxanadadır. Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir.

Zaqatala rayon Mərkəzi Xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, ölən uşağın adı Səlim Laçınovdur.

“O iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib”, – deyə xəstəxanadan bildirilib.

Ana səhifəXəbərlərValideyn: Oğlum həkim səhlənkarlığı nəticəsində öldü