Vahid Ələkbərov: Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək

”İran, İraq və Səudiyyə Ərəbistanının razılığa gəlmək istəyini bəyan etməsi artıq bütün bazara çox nikbin bir siqnaldır”

Source:
Vahid Ələkbərov foto Forbes
Vahid Ələkbərov foto Forbes
Vahid Ələkbərov foto Forbes
Vahid Ələkbərov foto Forbes


”İran, İraq və Səudiyyə Ərəbistanının razılığa gəlmək istəyini bəyan etməsi artıq bütün bazara çox nikbin bir siqnaldır”

“Neft hasilatının sabitləşdirilməsi ilə bağlı tədbirlər qiymətin qaldırılmasına yox, onun 50 dollar səviyyəsində saxlanmasına xidmət edir. “Lukoil” neft hasilatının sabitləşdirilməsi ilə bağlı tədbirlərə qoşulmağa hazırdır”, – “Lukoil” şirkətin rəhbəri Vahid Ələkbərov jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, əgər prosesdə iştirak etmək istəyiriksə, fəal mövqe tutmalıyıq: “Energetika Nazirliyinin çətiri altında ümumi protokolu bütün şirkətlər imzalamalıdır. Bizim şirkət buna hazırdır”.

“OPEC-in neft hasilatının sabitləşdirilməsi ilə bağlı razılaşması neft qiymətlərinin qalxmasına yox, bir barrelin 50 dollar səviyyəsində qalmasına yardım edəcək. Qiymət artıq 50 dollardan yuxarıdır. Bu, şist neftinə qoyulan sərmayələri effektiv edən qiymətdir. Bu qiymət 50 dollar səviyyəsində sabitləşəcək. Biz OPEC-in noyabr iclasını gözləyəcəyik”, deyə Ələkbərov bildirib.

“Lukoil” prezidenti həmçinin qeyd edib ki, noyabr iclası vacibdir. Bu iclasda hasilat həcmləri müzakirə ediləcək.

“Ümid edirik ki, ümumi maraqlar yerli münaqişələrə üstün gələcək. …İran, İraq və Səudiyyə Ərəbistanının razılığa gəlmək istəyini bəyan etməsi artıq bütün bazara çox nikbin bir siqnaldır. Bu, sadəcə spekulyasiya deyil”, – deyə Ələkbərov vurğulayıb.

OPEC üzvü olan ölkələr sentyabrın 28-də Əlcəzairdə, XV Beynəlxalq energetika forumu çərçivəsində qeyri-rəsmi görüşdə neft hasilatının sutkada 32,5 – 33 milyon barrelədək məhdudlaşdırılmasına dair razılığa gəliblər. Tədbir öncəsi iştirakçılar razılığın əldə olunacağına skeptik yanaşırdılar.

Ana səhifəXəbərlərVahid Ələkbərov: Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək