Millət vəkili Vahid Əhmədov parlamentdəki çıxışında baş naziri və digər məmurları tənqid edib. O, Bakı-Quba yolunun bərbad vəziyyətdə olduğunu bildirib. Baş nazirə müraciətinin cavabsız qaldığını deyən baş nazir məmurların Quba, Qusar və Xaçmazda villalarının olduğunu da sözlərinə əlavə edib.