Vadim Denysenko: “Rusiyanın hədəfi Mariupol və Kiyevdir”

Foto: Reuters

“Bir bomba 22 mülki şəxsin ölümünə səbəb olub. Bu, kütləvi qətldir”

“Rusiya qələbəyə ümidlidir. Onun ən çox ehtimal olunan hədəfi Mariupol şəhərləri və Kiyevdir”.
Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denysenko belə deyib.

O bildirib ki, Rusiyaya yekun danışıqlardan öncə ən azı bir qələbə lazımdır: “Ona görə də bizim vəzifəmiz növbəti 7-10 gün dayanmaqdır”.

Rusiya martın 9-da Kiyev və Ukraynanın digər dörd şəhərindən qaçan insanlar üçün humanitar dəhlizlər açacağını bildirib.

Hazırda yeganə əməliyyat dəhlizi çərşənbə axşamı açılan Sumi şəhərindəndir.

“Martın 8-də Moskva və Kiyev dəhlizlə bağlı razılığa gələndən sonra 5 minə yaxın insan şəhərin şimal-şərqindən avtobuslara minib”, – Sumi vilayətinin qubernatoru Dmitri Jivitski bildirib.

Qubernator həmçinin əlavə edib ki, 1000-ə yaxın avtomobil Poltava şəhərinə doğru hərəkət edir: “Suminin yaşayış məntəqəsi bir gecədə bombalanıb. Bir bomba 22 mülki şəxsin ölümünə səbəb olub. Bu, kütləvi qətldir”.

Moskva isə daim mülki insanların hədəfə aldığını inkar edir.

Rusiya Milli Müdafiə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev “Tass” xəbər agentliyinə bildirib ki, Rusiya qüvvələri Moskva vaxtı ilə səhər saat 10-dan (GMT 07:00) ölkədən çıxmaq istəyən mülki şəxslərin təhlükəsiz keçidini təmin etmək üçün “sükut rejiminə riayət edəcək”.

Kreml öz hərəkətlərini Ukraynanı tərksilah etmək və neo-nasist adlandırdığı liderləri sıradan çıxarmaq üçün “xüsusi əməliyyat” kimi xarakterizə edir.

Ukrayna və Qərb müttəfiqləri bunu Avropada genişmiqyaslı qarşıdurma qorxusunu artıran seçim müharibəsi üçün əsassız bəhanə adlandırırlar.

Ana səhifəDünyaVadim Denysenko: “Rusiyanın hədəfi Mariupol və Kiyevdir”