“Üzük qaşı kimi mühasirədəyik”(VİDEO)

Bu darvaza Ağdam rayonunun Çıraqlı kəndi ilə Bayramlar kəndini ayırır. Ağdamın Çıraqlı kəndi Azərbaycan sərhəddində, Bayramlar kəndi Ermənistanın işğalı altındadır. Bu hündürlükdən Bayramlar kəndinə baxmaq istəsən, erməni snayperlərinin atəşinə tuş gələ bilərsən.

Çıraqlı kəndinin sakinləri son günlər atəşkəsin pozulmasına görə həm işlərindən, həm də rahatlıqlarından qalırlar.  Atəş səsləri onlar üçün gecə ilə gündüzün yerini dəyişib. İndi çıraqlılar gecələr oyaq qalır, shərlər yatırlar.

Sakinlər deyir ki, ailələr  uşaqları və qadınları kənddən müvəqqəti çıxarıb, atəş kəsiləndən sonra yenidən evə qaytarırlar.

Ana səhifəVideo“Üzük qaşı kimi mühasirədəyik”(VİDEO)