ÜST rəsmisi: Dünyada peyvəndlənmə prosesi şokedici bir bərabərsizlik şəklində aparılır

“Bir çox ölkə pandemiya bitmiş kimi rahatlaşıb”

Source: Meydan TV


“Bir çox ölkə pandemiya bitmiş kimi rahatlaşıb”

“Dünya dörd milyon COVID-19 ölümünün "faciəvi mərhələsini" keçir”.

Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus belə

deyib

.

Baş direktor hazırda dünyanın bu pandemiyada təhlükəli bir nöqtədə olduğunu söyləyib:

“Biz COVID-19 səbəbindən qeydə alınan 4 milyon faciəvi ölüm mərhələsini arxada qoymuşuq. Bu, çox güman ümumi itkilərin hamısı deyil”.

Tedros qeydə alınmamış ölümlərin olmasını istisna etmir. Deyir ki, bəzi ölkələrdə peyvəndləmə sürətlə aparılır. Bir çox belə ölkə pandemiya bitmiş kimi rahatlaşıb:

“Ancaq biz insanların sağlamlığı ilə bağlı sosial tədbirləri gücləndirəcəyik və bu sahədə daha ciddi tədbirlər görməyi planlaşdırırıq”.

Baş direktor onu da əlavə edib ki, hazırda dünyada virusun tezyayılan bir neçə versiyası var və sürətlə yayılır:

“Dünyada peyvəndlənmə prosesi şokedici bir bərabərsizlik şəklində aparılır. Ona görə də bəzi ölkələrdə yoluxma sayı və xəstəxanaya yatanlarda artım müşahidə olunur”.

Tedros bildirib ki, bütün bunlar Afrika, Asiya və Latın Amerikasının bəzi bölgələrində ölüm dalğasının artımına səbəb olub:

“Bu bölgələrdə oksigen maskası, oksigen cihazı qıtlığı var və bu problemlər ölümlərin artmasına gətirib çıxarır. Vaksin millətçiliyi, böyük dövlətlərin öz aslan paylarını alması virusun bu qədər sürətlə mutasiyaya uğrayaraq yayıldığı vaxtda effekti olmayan mənəvi aktdır”, – o deyib.

Tedros bildirib ki, üstəlik, pandemiyanın bu mərhələsində milyonlarla səhiyyə və tibb işçisinin hələ də peyvənd olunmaması dəhşətlidir:

“Hazırda iqtisadi dirçəlməyə yönəlmiş bərabər olmayan peyvənd istehsalı və paylaşdırılması səbəbindən virus növləri peyvəndlər üzərində qələbə çalır”.

2019-cu ilin sonu Çində yaranıb dünyaya yayılan COVİD-19 virusunun indiyədək dünyada 4 milyondan çox şəxsin ölümünə səbəb olduğu bildirilir.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatının koronavirusu pandemiya elan edib. Azərbaycanda isə indiyədək ümumilikdə 336 min 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 605-ı sağalıb, 4 min 980-i vəfat edib, aktiv xəstə sayı 1 min 202-yə yüksəlib. Ən son açıqlanan statistikada bildirilir ki, son bir gündə Azərbaycanda koronavirus infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb.

Ana səhifəSağlıqÜST rəsmisi: Dünyada peyvəndlənmə prosesi şokedici bir bərabərsizlik şəklində aparılır