Uzun zamandır Gürcüstanda Azərbaycanlılar arasında apardığım müşahidələrdən bir neçəsini sizinlə paylaşmaq istəyirəm.
Gürcüstan Azərbaycanlılarının ən böyük problemi təhsilin bərbad durumda olmasıdır. Cəmiyətdə demək olar kı ziyalı kimsənin olmaması, az-çox dünyagörüşü olan insanların isə gürcü dili problemi olduğu üçün bizim icma Gürcüstanda özünü ifadə edə bilmir. Əgər diqqətlə nəzər salsanız, anlayarsız ki, Gürcüstanda ədəbi-mədəni sahədə demək olarkı Azərbaycanlı yoxdur. Gürcüstan azərbaycanlılarının ən çox məşğul olduğu sahə əkənçilik və heyvandarlıq olsa da, bu sahədə də ixtisaslaşmış azərbaycanlıya rast gəlmək qeyri-mümkündür. Bu sevimli məşğuliyyət belə bu icmada kənd insanıın bilgisi səviyyəsində, yani aqrar səviyyədədir.
Borçalıda hər dəfə kəndlərə gedəndə həmişə kəndlərdə zəngin ailələrin sayı və evladlarının harda oxumasıyla maraqlanıram. Niyə bu məsələylə bu qədər maraqlanıram? Səbəb çox bəsitdir, Borçalıda təhsil bərbad durumda olduğu üçün, normal dövlətin təhsil imkanlarıyla şagirdə bilgi vermək çox çətindir. Amma ailə zəngindirsə, özəl xidmətlərdən yararlanaraq uşağına keyfiyyətli təhsil təşkil edə bilər.
Gəzdiyim kəndlərdə soraqladığım və bir çox insanla bu barəde söhbətim zamanı tam anlamışam ki, Gürcüstanda 1000 dən çox illik gəliri 50000 min larini aşan Azerbaycanlı ailə var. Gürcüstan şərtlərində bunlar ali səvviyəli ailələr sayılırlar. Bu məsələ barəde çox düşünüb, qərara aldım ki, araşdıram görək bu ailələrdən neçəsi illik gəlirinin 10% i evladının təhsilinə xərcləyir. Sadəcə 5 ailə tapa bildim. Bu heç bizim ali səviyyədə yaşayan ailələrin 1% belə etmir.
Daha bir müşahidəmi sizinlə paylaşmaq istəyirəm. Əsilləri Borçalının kəndlərindən olan iki fərqli Borçalılı zəngin insanın Tiflisdə biznesləri var. Biri özəl xəstəxana açıb, digəri isə şəhərin çox gözəl yerində restoran açıb. Amma xəstəxananın bütün avadanlıqları ən son model olsa da, xidmət ve personal keyfiyyəti dəhşət aşağı səviyyədədir. Hətta bir dəfə o xəstəxanada işimlə bağlı olanda bir rusdilli ana və qızın dialoqunu eşitdim və hələdə xatırlayıram. Qızı anasına deyirdi ki, bu xəstəxanada insanı müalicə etmirlər və ana qızının bu fikrinə dəstək olaraq dediki ” Tut ne leçat, a kaleçat” (Burda sağaltmırlar, şikəst edirlər).
Restoran gözəl yerdə yerləşsə və bahalı olsa da, axşamlar getsəniz, canlı musiqinin ( Borçalının palatka musiqisi) səsi insanı tezlikle bezdirib ordan çıxmağa məcbur edir. Bu durumun səbəbi isə bu obyektlerin sahiblərinin pullarının var olması amma dünyagörüşü və bilgilərninin zəif olmasıdır.
İndi Borçalılar anlamalıdır ki, əgər onlar o pullarını övladlarının təhsilinə xərcləməsələr, gələcəkdə onların pullarıyla yaradılan istənilən biznes obyekti gəlir gətirsə belə, keyfiyyəti elə obyektlərin sahibləri səviyyəsində olacaq.