Urmiyə universitetində irqçiliyə qarşı etirazlar başladı (FOTO, VİDEO) (yenilənib)

Son məlumata görə, Təbriz Universitetində keçiriləın aksiyada aşağıdakı gınclər həbs olunub:

1) Nadir Azizi

2) Vahid Nariman

3)Elşen Böyükvend

4) Atabeyk Sipehri

5) Ali Acmadi

6)Şehram Ruhi

7)Arman Müsavi

8)Ramin Azizpur

“Haray, Haray, mən türkəm”, “Ölüm olsun faşizmə”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. kimi şüarlar səsləndirən etirazçılar İran televiziyasının türkləri təhqir etməsini kəskin qınayıblar. GünAz TV xəbər verir ki, universitetin bir neçə azərbaycanlı məsulu da etiraz yığıncağına qoşulub.

Oxşar yığıncaqların yerli vaxtla saat 16:00-da bu şəhərin Ətayi xiyabanında keçiriləcəyi gözlənilir.

O da xəbər verilir ki, bu gün Güney Azərbaycanın Təbriz, Zəncan, Ərdəbil, Urmiyə və Astara kimi böyük şəhərlərində saat 16:00-da fars irqçiliyinə qarşı etiraz aksiyalarının keçiriləcək.

Nəzərinizə çatdıraq ki, cümə günü “Kanal 2”-nin “2 Fitilə” proqramında azərbaycanlılar təhqir edilib. Belə ki, proqramın “Hotel Fitilə” adlanan hissəsində hoteli pis iyisinə görə tərk etmək istəyən azərbaycanlı ata və oğul təsvir edilib. Videonun sonunda məlum olur ki, bu pis iyin mənşəyi elə azərbaycanlıların özüdür.

Ana səhifəVideoUrmiyə universitetində irqçiliyə qarşı etirazlar başladı (FOTO, VİDEO) (yenilənib)