Ümidsiz və qeyri-müəyyən hökumət proqnozları…

Source:

Hökumət 2020-ci ilədək olan proqnozlarını açıqlayıb.

Proqnoz olduqca ehtiyyatlı hazırlanıb. Rəsmi qurumlarda çalışan mütəxəssislərin gələcəklə bağlı qeyri-müəyyənliklər içərisində olduğu aşkar görünür.

Məsələn, əvvəlki illərdə yaxın 5 il üçün milli valyutanın aparıcı valyutalara münasibətdə gözlənilən məzənnəsi təqdim edilirdi, indi verilmir. Deməli, hökumətin özü üçün hədəflədiyi məzənnə tavanı yoxdur.

2017-2020-ci illər üçün 3.5-7.3 faiz intervalında inflyasiya proqnozlaşdırılır.

Bu proqnozlar həm də hökumətin gələcəyə ünvanlı coşqu bəyanatları müqabilində xeyli sönük təsir bağışlayır.

Məsələn, 2015-ci ildə qeyri-neft ixracı 1.6 milyard dollar olmuşdu. 2020-ci il üçün 2.3 mlrd. dollar proqnozlaşdırılır. Ölkəni düşdüyü böhrandan çıxarmaq baxımından olduqca aşağı ambisiyalı gözləntidir. Bu göstərici adambaşına heç 250 dollar da etmir.

Halbuki ekspert qiymətləndirmələrinə görə, ölkədə milli valyutanın sabitliyinin dayanıqlılığının təmin edilməsi, ödəmələr balansının effektiv tarazalaşdırılması üçün adambaşına qeyri-neft ixracının 1000 dollara çatdırılması həyati əhəmiyyətli məsələdir.

Hökumət iqtisadiyyata investisiyalar məsələsində aşkarca bədbindir. Yaxın 5 ildə investisiyların real artım tepmi mənfi işarə ilə göstərilir. Hətta 2018-ci ildə 10.8, 2019-cu ildə 13,8 faiz azalma gözləntisi var. Həmin illərdə xarici sərmayələrin 20-22 faiz azalması proqnoz edilir.

Əhalinin real gəlirlərinə artım proqnoz edilmir.

Xam neft hasilatı 2020-ci ildə 39.1 mln. ton proqnozlaşdırılır. Bu, 2016-cı ilə nisbətən 2 mln. ton azdır. Təbii qaz hasilatı 2020-ci ildə 38.7 mlrd. kubmetr proqnoz edilir. Bu da 2016-cı illə müqayisədə 8 mlrd. kubmetr çoxdur.

Qeyri-neft ÜDM-nin real-artım tempi aşağı, 2020-ci ilədək hər il orta hesabla 1.5-2.5 faiz intervalında proqnozlaşdırılır. Hökumətin gözləntisi odur ki, hətta 5 il sonra belə qeyri-neft ÜDM-nin iqtisadiyyatda payı 2015-ci ildəki qədər olmayacaq – 68.9 faiz. Halbuki 2015-ci ildə 69.3 faiz olmuşdu.

Ən optimist proqnoz pambıqla bağlı verilib. 2020-ci ildə 703 min istehsal gözləntisi var. Yəni 2015-ci ilin rəqəmindən (35.2 min ton) düz 20 dəfə çox…

Ana səhifəAnalitikaÜmidsiz və qeyri-müəyyən hökumət proqnozları…