“Tor” adlı xüsusi əməliyyatı Ukrayna Prezidentinın nəzarəti altında Təhlükəsizlik Xidmətinin rəhbəri həyata keçirib
İyunun 1-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi “Tor” adlı xüsusi əməliyyatına hazırlıq il yarımdan çox müddət çəkib. Nəticədə Rusiya strateji aviasiyasının 41 təyyarəsi vurulub. Bu barədə “İnterfaks-Ukrayna” agentliyinə xüsusi xidmətdəki mənbələr məlumat verib.
Qeyd olunur ki, əməliyyatın gedişinə Ukrayna Prezidenti Volodimir Zelenski nəzarət edib. İdeyanı həyata keçirən isə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk olub.
“Ukrayna Təhlükəsizlik Xidməti əvvəlcə Rusiyaya fpv-dronlar, sonra isə mobil taxta evlər göndərib. Daha sonra artıq Rusiya Federasiyası ərazisində dronlar yük maşınlarında daşınan taxta evlərin damları altında gizlədilib. Zamanı çatanda evlərin damları uzaqdan idarə etməklə açılıb və dronlar Rusiya bombardmançılarına hücum edib”, – məlumatda deyilir.



Ukrayna Təhlükəsizlik Xidmətindən həm də bildiriblər ki, xüsusi əməliyyatda iştirak edən şəxslər artıq uzun müddətdir Ukrayna ərazisindədirlər.
Ukraynanın Rusiya ərazisində keçirdiyi “Tor” adlı xüsusi əməliyyat zamanı dörd aerodroma hücum olub: “Belaya”, “Dyagilevo”, “Olenya” və “İvanovo”.