Keçmiş nazir dövlət vəsaitini mənimsəməkdə ittiham olunur
Ukraynanın keçmiş səhiyyə naziri Rayisa Bohatirova (Bohatyrova) Belorusiyanın paytaxtı Minskdən döndükdən sonra Kiyevdə tutulub.
RFE/RL xəbər verir ki, Bohatirova beş il idi qonşu ölkədə özünün təyin etdiyi sürgündə yaşayırdı.
Dövlət Sərhəd Xidməti deyib ki, Bohatirova avqustun 27-də Julyani (Zhulyany) hava limanında tutulub. Bohatirova 2014-cü ildə kütləvi etiraz aksiyaları altında hakimiyyətdən devrilən və Rusiyaya qaçan eks-prezident Viktor Yanukoviçin hökumətində Ukraynanın səhiyyə naziri vəzifəsini icra edib.
Bohatirova özü də Yanukoviç devrildikdən sonra Ukraynanı tərk edib və 2014-cü ilin iyun ayından etibarən 6.5 milyon qrivnya (260.000 dollar) dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.