Amma baş nazir “Xalq cəbhəsi” partiyasının koalisiyada qalacağını əlavə edib
Ukraynanın baş naziri Arseni Yasenyuk istefa verdiyini açıqlayıb. Bu barədə Yasenyuk aprelin 10-da yaydığı müraciətində bəyan edib.
Məlumatı ”
Украинская правда
” yayıb.
O, bildirib ki, Ukrayna parlamentinin “Petra Poroşenko bloku” fraksiyası baş nazir postuna Vladimir Qroysmanın namizədliyini irəli sürüb: “Sabitlik və mövcud kursun davamiyyəti üçün baş nazir postunu təhvil verirəm”.
Yasenyuk qanunverici orqanın aprelin 12-də onun istefasına baxacağını deyib
Amma baş nazir “Xalq cəbhəsi” partiyasının koalisiyada qalacağını əlavə edib.