Ukraynada tanınmış jurnalist qətlə yetirildi

Oles Buzina yaşadığı mənzilin girişində güllələnib

Source:

Oles Buzina yaşadığı mənzilin girişində güllələnib

Ukraynanın tanınmış jurnalisti Oles Buzina Kiyev şəhərində qətlə yetirilib.

“Ukrainskaya Pravda” saytı (http://www.pravda.com.ua/rus/news/2015/04/16/7064932/) məlumat yayıb.

 Məlumata görə, qətl Şevçenko rayonunda baş verib. Jurnalist yaşadığı evin girişində güllələnib. Ona dörd güllə dəyib.

 Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

APA-nın məlumatına görə, qətl hadisəsinin baş verdiyini özünün Facebook səhifəsində Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko da təsdiq edib. “Bu dəqiqələrdə Deqtyarevskaya küçəsində məşhur jurnalist Oles Buzina tünd göy rəngli “Ford Focus” markalı avtomobildən açılan atəş nəticəsində faciəli şəkildə qətlə yetirilib. Avtomobil ya Belarus, ya da Latviya dövlət nömrə nişanlı olub. Amma dəqiq Ukrayna nömrəsi deyil”,- deyə A.Qeraşenko yazıb.

Ana səhifəXəbərlərUkraynada tanınmış jurnalist qətlə yetirildi