Ukrayna prezidenti xalqından üzr istəyib

”Şişirdilmiş gözləntilər yaratdığıma görə üzr istəyirəm”

Source:
Petro Poroşenko
Petro Poroşenko


”Şişirdilmiş gözləntilər yaratdığıma görə üzr istəyirəm”

Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçı qüvvələrlə döyüşdə 5 Ukrayna əsgəri öldürülüb, daha 7 hərbçi yaralanıb.

Azadlıq Radiosunun Ukraynanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, bu, son aylarda ordunun verdiyi ən böyük itki olub.

Ukrayna rəsmiləri bildiriblər ki, dörd əsgər şərqi Luqansk rayonunda separatçılarla beş saat davam edən ağır döyüşdə həlak olub. Bu məntəqədə separatçılar hökumət qoşunlarını qumbaraatanlardan atəşə tutmuşdular.

Lakin separatçılar bildirirlər ki, onların üzərinə əvvəlcə hökumət qoşunları hücum çəkib və onlar hücumu dəf ediblər.

AFP Müdafiə Nazirliyinin sözçüsü Dmitro Gutsulyaka istinadən xəbər verir ki, beşinci əsgər münaqişə bölgəsinin başqa məntəqəsində həlak olub.

Ukrayna Prezidenti Petro Poroşenko Luqansk və Donetsk regionlarında münaqişəyə tezliklə son qoyacağına dair 2014-ci ildə verdiyi vədə hələ də əməl edə bilmədiyinə görə xalqdan üzrxahlıq edib:

“Adamlar bunu müharibəni tez bir zamanda bitirmək imkanı kimi qəbul etmişdilər. Mən şişirdilmiş gözləntilər yaratdığıma görə üzr istəyirəm. Mən sizə həqiqətə çevrilməyən ümidlər verdiyimə görə səmimi-qəlbdən üzr istəyirəm”.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukraynanın şərqindəki separatçılara hərbi texnika və canlı qüvvə ilə dəstək verdiyinə, habelə Krım yarımadasını qanunsuz ilhaq etdiyinə görə rəsmi Moskvanın üzərinə ağır sanksiyalar qoyub.

Rusiya separatçılara dəstək verdiyini təsdiq etmir.

Ana səhifəXəbərlərUkrayna prezidenti xalqından üzr istəyib