Ucuz qiymətə göyərti satdığı üçün döyüldü (VİDEO)

Saleh Əmirov Suraxanı rayonunun Hövsan qəsəbəsində göyərti satmaqla pulu qazanır. Martın 28-də Murad adlı şəxs ona yaxınlaşaraq “sən burada göyərti satmamalısan. Burda göyərtini ancaq biz satmalıyıq” deyərək Salehi döyüb. Səbəb kimi isə Salehin göyərtini onlardan daha ucuz satması deyilib. Salehin dayısının sözlərinə görə məsələ ilə bağlı heç bir cinayət işi başlamayıb.

Saleh Əmirovun deyir ki, həmin gün onu möhkəm döyüblər. Burnu sındırlıb. Xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı 30-cu polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən bizə bildirdilər ki, əgər şikayət daxil olubsa baxılmaması mümkün deyil.

Salehin dayısının sözlərinə görə bu cinayət açılmalı və günahkarlar cəzasını tapmalıdır.

Ana səhifəVideoUcuz qiymətə göyərti satdığı üçün döyüldü (VİDEO)