***
Fövqəladə Hallar Nazirliyi
“3-cü mikrorayon bazarı”nda yanğınla bağlı məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb:
"Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb".
***
Hazırda yanğınsöndürmə işləri davam etdirilir
Dekabrın 14-də paytaxtın Nəsimi rayonundakı “3-cü mikrorayon bazarı”nda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə əraziyə 5 yanğınsöndürən maşını gətirilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Xəsarət alanlar haqqında məlumat verilmir.
Dekabrın 10-da Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən
"EuroHome”
tikinti materialları bazarında yanğın baş verib. Yanğın nəticəsində 5 hektarlıq bazarın 2 hektarı yanmışdı.