Mənbə: Meydan.TV

Üç İran yazarı 18 il həbsə məhkum edilib

İran məhkəməsi milli təhlükəsizliyə qarşı cinayət törətməkdə ittiham edilən üç yazarı 18 illiyinə həbsə göndərib.

Reza Xandan Mahabadi, Baqtaş Abtin və Kayvan Bajan, "dövlətə qarşı təbliğat" və "milli təhlükəsizliyə qarşı hərəkət etməkdə" günahlandırılaraq hər biri altı il olmaqla həbs cəzasına məhkum edilib.

Məhkəmə aprel ayında keçirilib.

Bu ittihamlar tez-tez İran ruhani istablişmenti tərəfindən ziyalı və tənqidçilərə qarşı tətbiq edilir.

Hər üç yazar İran Yazıçılar Birliyinin üzvüdür.

"Bu məhkəmə sadəcə üç yazarın qınanması deyil. Bu, həmçinin Yazarlar Assosiasiyasına qarşı məhkəmə deyildi. Bu, bütün yazıçıların və azad ifadə hüququndan istifadə etmək istəyənlərin qınanmasıydı,"- Yazarlar Assosiasiyası mayın 15-də deyib və əlavə edib ki, hakimiyyət orqanları ittihamları dəstəkləyəcək heç bir möhkəm dəlil irəli sürməyib.

İranda İnsan Hüquqları üzrə Nyu-York mərkəzli qurum (CHRI) Xandan Mahabadi, Abtin və Badajan üçün "ədalətsiz və qanunsuz" həbs cəzalarını "ədalətin travestisi" adlandırıb.

"İranlı yazarlar, sənətkarlar və musiqiçilər İranın irsinin bir hissəsidir. Onlar mədəniyyəti yaradır və genişləndirirlər. Kenquru məhkəmələrindən istifadə edərək onları barmaqlıqlar arxasına qoymaq ədalətin travestisidir,"- CHRI-nin icraçı direktoru Hadi Qaemi mayın 17-də deyib.

Bu ayın əvvəlində verdiyi bəyanatda PEN İnternational üç yazarın mühakiməsinə dair narahatlıqlığını ifadə edərək İran hökumətini ittihamları ləğv etməyə və ifadə azadlığı hüququna hörmət etməyə çağırıb.

"PEN İnternational İranda çox sayda yazıçı və fəalın ifadə azadlığı hüququnu istifadə etdikləri üçün həbsə atılmağından narahatdır," - qrup deyib.

Yazıçılar verilən hökmə 20 gün içində etiraz edə bilərlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s4gvwg

Ən çox baxılan