Türkiyəyə giriş üçün PCR və COVID-19 pasportu tələbi ləğv edilib

PCR testi. Foto: Viacheslav Lopatin/shutterstock

Qərar iyunun 1-dən qüvvədədir

Türkiyə iyunun 1-dən ölkəsinə səfər edən sərnişinlərdən mənfi nəticəli PCR və antigen test tələbini ləğv edib.

Türk Hava Yollarının saytında yer alan məlumatda belə deyilir.

Bildirilir ki, ölkə həmçinin peyvənd şəhadətnaməsi tələbini və ya peyvənd şəhadətnaməsini ölkəyə daxil olmamışdan əvvəl təqdimetmə məcburiyyətini də ləğv edib.

Artıq xaricdən Türkiyəyə səyahət edənlər üçün peyvənd pasportu və ya test tələbi yoxdur.

Bundan öncə Türkiyəyə getmək üçün son 72 saat əvvəl verilmiş neqativ nəticəli PCR və ya girişdən öncə 48 saat içində edilmiş neqativ antigen testi istənirdi.

Ana səhifəDünyaTürkiyəyə giriş üçün PCR və COVID-19 pasportu tələbi ləğv edilib