“Biz Azərbaycan xalqının hər mübarizəsində yanındayıq”
Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan rəsmiləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Ermənistanı Azərbaycanla sərhəddəki son hərbi əməliyyatlarına görə qınayıb.
Dövlət “Anadolu” Agentliyinin verdiyi məlumata görə, Akar “Ermənistan öz hiyləsi altında basdırılacaq, orada boğulacaq və etdikləri üçün mütləq cavab verəcək”,- deyib.
Bazar günü sərhəddə Tovuz istiqamətində Ermənistan və Azərbaycan qüvvələri arasında toqquşmalar baş verib. Hər iki ölkə bir-birini zorakılığa təhrik etməkdə ittiham edib.
Azərbaycan qarşıdurmalarda 10 əsgər və bir generalın və bir mülki şəxsin öldüyünü, Ermənistanın isə iki əsgər və iki zabitin öldüyünü açıqlayıb.
Akar “Azərbaycan türklərinin ağrısı bizim ağrımızdır. Biz Azərbaycan xalqının hər mübarizəsində yanındayıq”, – deyib.
Akar Azərbaycan və Türkiyənin “iki ölkə, bir millət” olduğunu söyləyib: “Bu, ermənilərin öhdəsindən gələ bilməyəcəyi qədər böyükdür”.
Azərbaycan Müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələri Komandiri Ramiz Tahirov görüşlər üçün Ankaraya hərbi heyətlə səfər edib.
Akar ilə görüşdə Türkiyənin Baş qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandiri Ümit Dündar, Hərbi Hava Qüvvələri komandiri Hasan Küçükakyüz və Donanma komandiri Adnan Özbal da iştirak edib.
Akar həm nazirliyin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hadisələri yaxından izlədiyini deyib. Çərşənbə axşamı Ərdoğan sərhəddəki hadisələri “birbaşa Azərbaycana yönəlmiş qəsdi hücum” adlandırmışdı.
Ermənistan və Azərbaycan 1980-ci illərin sonundan etibarən Azərbaycanın əksəriyyəti ermənilər tərəfindən məskunlaşmış Dağlıq Qarabağ bölgəsi uğrunda müharibə aparır.
Akar “Türkiyə və Türkiyə ordusu, keçmişdə olduğu kimi bu gün və sabah lazım olanı edəcəyik. Şübhə etməyin”,-deyib.