Türkiyəli çempionu Moskvadan qovdular

Sonradan Rusiya Karate Federasiyasından zəng edərək, baş verənlərə görə ondan üzr istəyərək, problemin onlarla bağlı olmadığını, diplomatik məsələ olduğunu deyiblər

Source:


Sonradan Rusiya Karate Federasiyasından zəng edərək, baş verənlərə görə ondan üzr istəyərək, problemin onlarla bağlı olmadığını, diplomatik məsələ olduğunu deyiblər

Türkiyənin sərhədi keçən Rusiya helikopterini vurmasından sonra bu ölkəyə gedən türklər hava limanından geri qaytarılır. Belə bir hadisə karate üzrə dünya və Avropa çempionu Sərkan Yağçının da başına gəlib.

Komanda.az xəbər verir ki, Dubaydan dəvət aldığı seminara qatılmaq üçün Moskvaya gedən idmançı hava limanında başına gələnləri Türkiyə mətbuatına danışıb:

“Mən Dubayda yaşayıram. Moskvaya bir seminarda iştirak etmək üçün getmişdim. Karate üzrə dünya və Avropa çempionuyam. Moskvaya çatanda saat 7 olardı. Pasport yoxlanışı zamanı polislər mənə bir az gözləməli olduğumu dedilər. Hamı keçib getdi, mənim isə pasportumu alıb, 7-8 saat gözlətdilər. Bunun səbəbini soruşduqda Türkiyə ilə Rusiya arasında diplomatik problemin olduğunu bildirdilər.

Bir rus polis məmuru mənə belə dedi: “İdmanın siyasəti, sərhədi olmaz. Biz özümüz də bu məsələdə narahatıq. Amma bu proseduru həyata keçirməyə məcburuq. Hələ ki, pasportunuzu götürürük, amma sizi geri qaytaracağıq”. Daha sonra isə məni 4 saata yaxın gözlədib, ardından təyyarəylə İstanbula göndərdilər”.

Türk idmançı bildirib ki, sonradan Rusiya Karate Federasiyasından zəng edərək, baş verənlərə görə ondan üzr istəyərək, problemin onlarla bağlı olmadığını, diplomatik məsələ olduğunu deyiblər.

Ana səhifəXəbərlərTürkiyəli çempionu Moskvadan qovdular