Türkiyədə terror hadisəsi baş verib, ölən var

Bu gün Türkiyədə törədilən terror aktında yaralanan polis əməkdaşı şəhid olub.

Source:


Bu gün Türkiyədə törədilən terror aktında yaralanan polis əməkdaşı şəhid olub.

PKK terrorçuları Diyarbəkrin Diclə qəsəbəsində Ergani prospektində yerləşən xəstəxana yaxınlığında içərisinə partlayıcı yerləşdirilmiş avtomobili partladıblar.

Partlayış nəticəsində 1-i polis olmaqla, 7 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayış nəticəsində ətrafdakı evlərə və iş yerlərinə ciddi ziyan dəyib.

Diyarbəkrin Diclə qəsəbəsində PKK tərəfindən törədilən terror aktında yaralanan polislərdən birini həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Partlayışın baş verdiyi ərazinin giriş və çıxışları bağlanıb, bölgədə əməliyyata başlanılıb.

(Doğan Xəbər Agentliyi)

Ana səhifəXəbərlərTürkiyədə terror hadisəsi baş verib, ölən var