Türkiyədə seçkilərdə 20 partiya, 166 namizəd iştirak edir

Türkiyə Cümhuriyyətinin 61-ci hökumətini quran baş nazir Ərdoğan iqtidarın üçüncü mərhələsini “ustalıq dönəmi” şəklində xarakterizə edərək bir anlamda, öz ideologiyasını həyata keçirmək üçün atacağı addımların işarəsini də verib

Source:


Türkiyə Cümhuriyyətinin 61-ci hökumətini quran baş nazir Ərdoğan iqtidarın üçüncü mərhələsini “ustalıq dönəmi” şəklində xarakterizə edərək bir anlamda, öz ideologiyasını həyata keçirmək üçün atacağı addımların işarəsini də verib

İyunun 7-də XXV çağırış

Türkiyə Böyük Millət Məclisi

nə  keçirilən   seçkidə 20  partiya iştirak edir. Böyük Birlik Partiyası isə seçkiyə Səadət Partiyası ilə birgə “Milli İttifaq” koalisiyası çərçivəsində seçkiyə qatılıb.

Seçkidə 166 müstəqil namizəd iştirak edir. Türkiyə vaxtı ilə saat  7-də başlamış səsvermə saat 17-də sona çatacaq. İlk nəticələrin saat 21-dən etibarən elan edilməsi gözlənilir.

Seçki ərəfəsində  açıqlanan son ictimai rəy sorğularına görə, iqtidardakı Adalet ve Kalkınma Partisi  (AKP) 38-44 faizlik səs faizi ilə birinci yerdə görünür. Ana müxalifətdəki Cümhuriyyet Halk Partisi (CHP)  28-30 faizlik çizgidə ikinci yerdə, müxalifətdəki Milliyetçi Hareket Partisi (MHP) 15-17 faizlik çizgiylə üçüncü yerdə, Halkların Demokratik Partisi (HDP) isə 10.5-12 faizlik çizgidə dördüncü yerdə görünür.

3 noyabr 2002-ci ildə keçirilmiş seçkidə 34.2 faiz səs alaraq Məclisdə 363 millət vəkili mandatı əldə edən AKP, 18 noyabrda

Abdullah Gül

ün başçılığında Türkiyə Cümhuriyyətinin 58-ci hökumətini qurub. 20 faiz səs alan CHP isə 178 mandat əldə edərək müxalifət partiyası funksiyasını yerinə yetirib. 9.5 faiz səs alan Doğru Yol Partiyası (sədri keçmiş baş nazir Tansu Çillər olub), 8 faiz səs alan MHP (sədri baş nazirin keçmiş müavini Devlet Bahçeli) və 7.5 faiz səs alan Genş Parti (sədri Cem Uzan) 10 faizlik ölkə bariyerini aşa bilmədiklərinə görə Məclisdə mandat qazana bilməyiblər. Siyasi cəhətdən yasaqlı olan AKP sədri Rəcəp Tayyip Ərdoğan seçkidə iştirak edə bilməsə də,  CHP lideri Dəniz Baykalın təşəbbüsüylə Məclisə  Konstitusiya maddəsində dəyişiklik layihəsi təqdim edilib və Ərdoğanın  siyasi yasağı ləğv edilib. Siirt vilayətində seçkinin nəticəsinin ləğv edilməsindən sonra 10 fevral 2003-cü ildə o vilayətdə keçirilən təkrar seçkidə Tayyip Ərdoğan millət vəkili seçilib. Baş nazir

Abdullah Gül

ün istefa verməsiylə prezident Əhməd Necdət Sezer 59-cu hökumətin qurulması vəzifəsini Rəcəp Tayyip Ərdoğana verib. İqtidarın  ilk dönəmində Avropa Birliyinə tam hüquqlu üzvlük üçün xeyli islahat aparan Ərdoğan hökuməti 2005-ci ilin payızında AB ilə tam hüquqlu  üzvlük müzakirələrinə başlayıb. Demokratik xarakterli islahatlar ölkəyə böyük miqdarda əcnəbi investisiya gəlməsinin təməlini də hazırlayıb. 16 may 2007-ci ildə prezident Əhməd Necdət Sezerin vəzifə müddətinin başa çatması ərəfəsində AKP ilk baş naziri və xarici işlər naziri

Abdullah Gül

ü prezidentliyə namizəd göstərib. Məclisdə keçirilən səsvermənin ilk turunda prezident seçilə bilmədiyinə görə, seçkinin ikinci turu təyin edilib. Ancaq 27 aprel 2007-ci ildə silahlı qüvvələr baş qərargahının internet saytında ordunun “dünyəviliyə bağlı bir prezident istəməsinə” dair bəyanat yayımlamasından  sonra ölkə siyasi böhranla üzbəüz qalıb. Konstitusiya Məhkəməsinin prezident seçkisinin birinci turunun nəticəsini də ləğv etməsindən sonra AKP erkən seçkiyə getmək üçün qərar qəbul edib. Siyasi böhran şəraitində mərkəz sağdakı Ana Vatan  (sədri Ərkan Mumcu) və Doğru Yol (sədri Məhmət Ağar) partiyalarının birləşməsi də mümkün olmayınca AKP seçki meydanlarına çıxıb. 22 iyulda keçirilən seçkidə AKP 47 faiz səs alaraq Məclisə 338 millət vəkiliylə qayıdıb və təkbaşına iqtidarını daha da gücləndirib. İqtidarın ikinci dönəmində  dünya maliyyə böhranıyla qarşılaşan 60-cı Ərdoğan hökuməti, xüsusilə ərəb dünyasından  çəkə bildiyi “isti pul” və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən gəlirlə  ölkəni iqtisadi böhrana sürüklənməkdən xilas edə bilib. AKP, 12 sentyabr 2010-cu ildə Konstitusiya  dəyişikliyi  referendumu keçirərək xalq səsverməsinə  təqdim etdiyi 27 maddəlik dəyişiklik paketini 58 faiz dəstəklə  qəbul etdirib. 12 iyun 2011-ci ildə seçkiyə “ölkəni irəli  demokratiyaya keçirmə”  iddialarıyla  gedən AKP səslərin yarısını alsa da, 326 millət vəkili mandatı qazana bilib ki, bu da Konstitusiyanın o biri maddələrində dəyişiklik etmək üçün yeni referendumlar keçirməyə kifayət etməyib. Türkiyə Cümhuriyyətinin 61-ci hökumətini quran baş nazir Ərdoğan iqtidarın üçüncü mərhələsini “ustalıq dönəmi” şəklində xarakterizə edərək bir anlamda, öz ideologiyasını həyata keçirmək üçün atacağı addımların işarəsini də verib.

30 mart 2014-cü ildə keçirilən bələdiyyə seçkisində AKP-nin 44 faiz səs almasıyla mövqeyini möhkəmləndirən Tayyip Ərdoğan 10 avqustda keçirilən prezident seçkisində namizədliyini açıqlayıb.

AKP-nin 2007-ci ildə keçirdiyi konstitusiya dəyişikliyi referendumundan sonra artıq prezidenti 7 illik  müddətə Məclis yox, 5 illik müddətə xalq seçəcəkdi. CHP və MHP-nin müştərək namizədi, İslam Konfransı Təşkilatının keçmiş baş katibi Əkmələddin İhsanoğlu və HDP həmsədri Səlahəttin Dəmirtaşa qarşı mübarizəsində səslərin 51.6 faizini alaraq prezident seçilən Ərdoğan AKP-nin 28 avqustda keçirilən qurultayında Əhməd Davutoğlunun partiyanın yeni sədri seçilməsini tövsiyyə edib. Yekdilliklə AKP sədri seçilən

Əhməd Davudoğlu

29 avqustda Türkiyə Cümhuriyyətinin 62-ci hökumətini qurmaq üçün prezident Ərdoğandan səlahiyyət alıb (APA).

Ana səhifəXəbərlərTürkiyədə seçkilərdə 20 partiya, 166 namizəd iştirak edir