Türkiyədə prezident və parlament seçkiləri keçirilir

Seçki prosesini 34 ölkədən 650 media təmsilçisi və 500 yaxın beynəlxalq müşahidəçi izləyir

Source:
foto Hurriyet.com.tr
foto Hurriyet.com.tr


Seçki prosesini 34 ölkədən 650 media təmsilçisi və 500 yaxın beynəlxalq müşahidəçi izləyir

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkiləri keçirilir.

Prezidentlik uğrunda hazırkı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, Vətən Partiyasının sədri Doğu Perinçek, İyi Partiyasının sədri Meral Akşenər, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, Xalqların Demokratik Partiyasının həbsdə olan namizədi Səlahəddin Dəmirtaş və Səadət Partiyasının sədri Teməl Karamollaoğlunun mübarizə aparır.


Yerli mətbuat

ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandat uğrunda mübarizəyə 8 siyasi partiyanı təmsil edən namizədlər qatılıblar.

AKP və MHP “Cümhur ittifaqın”da, Böyük Birlik Partiyası namizədləri də “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda seçkilərə blok şəklində qatılır.

foto Anadolu Ajansı
foto Anadolu Ajansı

1982-ci il Konstitusiyasına əsasən 10 faizlik baryeri aşan partiyalar parlamentdə təmsil olunacaq. Barajı keçə bilməyən siyasi qüvvələr yaradılan ittifaqlar nəticəsində mandata sahib olacaqlar.

Ölkədə 56 milyon 342 min 263 seçici səs verəcək. İlk dəfə 1 milyon 650 min 171 gənc səsverməyə qatılacaq.

Xaricdəki səsvermə prosesi başa çatıb və bülletenlər Türkiyəyə gətirilib.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılacaq və 17:00-dək fəaliyyət göstərəcək. Ali Seçki Komissiyasının qərarına əsasən, əvvəlcə prezidentliyə namizədlərin səsləri sayılacaq.

Seçki prosesini 34 ölkədən 650 media təmsilçisi və 500 yaxın beynəlxalq müşahidəçi izləyir.

Ana səhifəXəbərlərTürkiyədə prezident və parlament seçkiləri keçirilir