Türkiyədə hərbçiləri daşıyan avtobus partladılıb (yenilənib)

Partlayışın terror aktı olduğu müəyyənləşib

Source:


***



hurriyet.com.tr

 xəbər verir ki, 13 əsgər şəhid olub, 48 əsgər yaralanıb. Qəzetə bu xəbəri AKP-nin Kayseridən olan millət vəkili İsmayıl Tamer verib.


***


Partlayışın terror aktı olduğu müəyyənləşib

Dekabrın 17-də Türkiyənin Kayseri şəhərində partlayış baş verib.


“Milliyet”

xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 08.45 radələrində Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında avtobusda qeydə alınıb. İlkin məlumatlarda ölən və yaralıların olduğu bildirilsə də, dəqiq rəqəm açıqlanmayıb. Partlayıcı qurğu quraşdırılmış avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırpılıb və partlayış baş verib.

Partlayışın terror aktı olduğu müəyyənləşib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Ana səhifəXəbərlərTürkiyədə hərbçiləri daşıyan avtobus partladılıb (yenilənib)