13.20.
Avstriya Xarici İşlər Nazirliyi hər iki tərəfi dialoqa qayıtmağa çağırıb.
Avstriya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında baş verən toqquşmalardan narahat olması haqqında açıqlama yayıb.
Bu barədə nazirliyin "Twitter" səhifəsində bildirilib.
"Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında baş verən toqquşmalardan çox narahatıq. Dondurulmuş münaqişələr sürətlə qızışa bilər. Avstriya hər iki tərəfi dialoqa qayıtmağa çağırır", – deyə Avstriya XİN-in məlumatında qeyd olunub.
Oxşar bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyi də yayıb.
Bildirilib ki, Gürcüstan tərəflər arasında atəşkəs haqqında razılığın əldə olunacağına ümid edir: “Tərəflərin danışıqlara qayıdacağı və bütün regionda təhlükəsizliyə təhdid olacaq genişmiqyaslı hərbi əməliyyatlardan çəkinəcəklərinə ümidvarıq”.
XİN ATƏT-in Minsk Qrupu və beynəlxalq təşkilatları eskalasiyanı dayandırmaq və konstruktiv dialoqa nail olmaq üçün bütün səyləri səfərbər etməyə çağırıb: “Gürcüstan bölgədə deeskalasiya və sülhü təşviq etməyə hazırdır”.
***
"Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq"
“Ermənistan Silahlı Qüvvələrinin bu gün atəşkəsi pozaraq Azərbaycan Ordusuna, eləcə də Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndlərinə qarşı ağır silahlardan atəş açdığını, cəbhə xəttində atəşkəsi pozduğunu öyrəndik. Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik”.
Bu açıqlamanı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami APA-ya bildirib.
Diplomat deyib ki, bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha nümayiş etdirir: “Beynəlxalq ictimaiyyəti haqlının yanında olmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza görə Azərbaycan xalqına başsağlığı veririk, yaralılara şəfalar diləyirik”.
Azərbaycan xalqı və Azərbaycan dövləti ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcəkdir: “Bu müddətdə Türkiyə Azərbaycana tam dəstək verəcək. Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq”.
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafında baş verən olaylarla bağlı açıqlama
yayıb
.
Rusiya Xarici İşlər Nazirliyi baş verənlərdən xəbərdar olduğunu bildirib: “İtkilər haqda məlumatlar daxil olur”.
Nazirlik tərəfləri təcili olaraqatəşi dayandırmağı, situasiyanı sabitləşdirmək üçün danışıqlar masasına dəvət edib”.