Türkiyə Şuşada, İran isə Qafanda Baş Konsulluq açır

türkiyə və İran. Mənbə: Novikov Aleksey/shutterstock

Qafandakı konsulluğun açılış mərasimi baş tutub

Türkiyə Şuşa şəhərində Baş Konsulluq açacaq.

Bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan bildirib ki, Zəngilan və digər hava limanlarının açılması ilə biznesin yolu açılır:

Mənbə: “hurriyet.com.tr”

“Hazırda burada yolların infrastrukturu tamamlanmaq üzrədir. Düşünürəm ki, əsas tikililər bir il ərzində tamamlanandan sonra Şuşaya nəqliyyat xeyli asanlaşacaq. Qardaşım İlham Əliyev dedi ki, gələn il bura çox ciddi vəsait ayırıblar və verəcəklər. Türkiyəli podratçılarımız da deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə buranı bitirəcəyik. Təbii ki, dəmir yolu ilə yanaşı, avtomobil yolları da var. Onlara son qoymağa qərarlıdırlar. Bunları bitirən kimi artıq Şuşaya yol açılacaq. Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq. Təbii ki, Şuşa Azərbaycanın ən mühüm cazibə mərkəzidir. Amma Şuşaya qoyulacaq mehmanxana investisiyaları onu həm də cazibə mərkəzinə çevirəcək. Şuşada Baş Konsulluğu açırıq”.

Foto: sputnik.am

Oktyabrın 21-də isə İranın Ermənistanın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı olub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla açılış mərasimində iştirak ediblər.

Ana səhifəSiyasətTürkiyə Şuşada, İran isə Qafanda Baş Konsulluq açır