Sənətçi prezidentin təbrikindən çox duyğulandığını ifadə edərək təşəkkür edib
Mayın 16-da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Eurovision mahnı yarışmasının qalibi Susanna Camaləddinovaya zəng edərək onu təbrik edib.
Bu barədə məlumatı Türkiyənin
“Hürriyət”
qəzeti yayıb.
Prezident Camalanın Krım tatarlarının sürgün faciəsini ifadə edən “1944” adlı mahnısıyla qalib olmasını xüsusi vurğulayaraq ona sonrakı fəaliyyətində uğurlar diləyib.
Sənətçi prezidentin təbrikindən çox duyğulandığını ifadə edərək təşəkkür edib.