Türkiyə məhkəməsi jurnalist Deniz Yücelə 2,9 il hökm oxuyub

DW İstanbul müxbiri Julia Hahn hökmü Türkiyədəki “mətbuat azadlığına daha bir zərbə” adlandırıb.

Source: Specify Source


Yücel Konstitusiya Məhkəməsinin qərarına istinadən hökmün Türkiyə Konstitusiyasına zidd olduğunu deyib

İstanbuldakı Türk məhkəməsi “Die Welt” (DW) jurnalisti Deniz Yüceli “nifrət oyatmaq” və “terror təbliğatı” ittihamı ilə 2 il 9 ay həbs cəzasına məhkum edib, – alman qəzeti xəbər verib

Almaniyada yaşayan Yücel iki ildən çox davam edən mühakimədə qiyabi mühakimə olunurdu. Prokurorlar onu yazdığı məqalələrdə Kürdüstan İşçi Partiyası (PKK) üçün təbliğat kampanyası aparmaqda ittiham edirdilər. PKK Türkiyə, ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı olaraq tanınır.

Alman-türk müxbiri həmçinin Türkiyənin 2016-cı ildə uğursuz hərbi çevrilişini həyata keçirməkdə günahlandırdığı ABŞ-da yaşayan türk İslam alimi Fəthullah Gülənlə əlaqədə olmaqda da günahlandırılır.

Həm Almaniya, həm də Türkiyə vətəndaşlığına sahib Yücel terrorizm və təbliğat ittihamlarıyla tutulduqdan sonra bir il müddətində Türkiyədə həbsdə qalıb. O, 2017-ci ilin fevralında PKK lideri Cemil Bayıkdan müsahibə alıb. Jurnalist 2018-ci ilin fevralında həbsdən buraxılıb və Almaniyaya qayıdıb. O zamandan etibarən Türkiyədə qiyabi ittiham edilib.

Türkiyənin Konstitusiya Məhkəməsi 2019-cu ilin iyununda Yücelin həbsinin qanunsuz olduğunu, söz və mətbuat azadlığına əlavə olaraq şəxsi azadlığı və təhlükəsizliyindən məhrum edildiyini bildirib.

Yücel Konstitusiya Məhkəməsinin qərarına istinadən hökmün Türkiyə Konstitusiyasına zidd olduğunu deyib. Jurnalist məhkəmə qərarından şikayət verəcək, – vəkili bildirib.

DW İstanbul müxbiri Julia Hahn hökmü Türkiyədəki “mətbuat azadlığına daha bir zərbə” adlandırıb.

“Sərhədsiz Reportyorlar”ın 2020-ci ildə Dünya Mətbuat Azadlığı İndeksinə görə, Türkiyə 180 ölkə arasında 154-cü sırada yer alıb. Beynəlxalq qurumlar Türkiyəni dünya üzrə jurnalistlərin ən pis həbsxanası adlandırıb.

Ana səhifəDünyaTürkiyə məhkəməsi jurnalist Deniz Yücelə 2,9 il hökm oxuyub