ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyədən İraq ərazisindən hərbçiləri çıxarmağa çağırıb.
“Reuters” agentliyinin xəbərinə görə, C.Bayden İraqın baş naziri Heydər Əl-Abadi ilə söhbətdə bu barədə deyib. Ağ Evin bununla bağlı yaydığı məlumatda bildirilir: “Hərbi qüvvələr İraq hökumətindən icazəsiz yerləşdirilib. ABŞ İraqın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir və Türkiyəni də buna çağırır”.