Türkiyənin Azərbaycandan uçan hərbi təyyarəsi Gürcüstanda qəzaya uğrayıb (Yenilənir)

Türkiyə Milli Müdafiə Nazirliyi bu gün qəzaya uğrayan C130 hərbi yük təyyarəsində 20 hərbi personalın olduğunu bildirib

Bu gün, noyabrın 11-də Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb.

Bu barədə məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.

“Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb”, – məlumatda deyilir.

Gürcüstan Daxili İşlər Nazirliyi təyyarə qəzasını təsdiqləyib.

Məlumata əsasən, Türkiyənin yük təyyarəsi noyabrın 11-də Siqnaxi bələdiyyəsində, Gürcüstanın dövlət sərhədinin təqribən 5 kilometrliyində qəzaya uğrayıb.

Qurumdan araşdırma aparıldığını bildirirlər. Hələlik itkilər barədə məlumat yoxdur.

Faktla bağlı uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır.

İlham Əliyev artıq Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Ana səhifəXəbərlərTürkiyənin Azərbaycandan uçan hərbi təyyarəsi Gürcüstanda qəzaya uğrayıb (Yenilənir)