Türk iş adamının gəmisi Odessa sahillərində raketlə vurulub

Mənbə: https://www.denizhaber.net/

Marşal Adaları bayraqlı gəminin göyərtəsində 8 türk və 11 ukraynalı ekipaj üzvü olub

Fevralın 24-də Odessadan yola düşərək Rumıniyaya gedən, türk iş adamı Yalçın Sabancıya məxsus “YASA JUPITER” quru yük gəmisi Odessa sahillərində raketlə vurulub.

“Denizhaber.net” saytının məlumatına görə, “YASA Denizcilik”ə məxsus “YASA JUPITER” quru yük gəmisi Odessa sahillərində vurulub. Marşal Adaları bayraqlı gəminin göyərtəsində 8 türk və 11 ukraynalı ekipaj üzvü olub.

Uzunluğu 199,9 metr, eni 32 metr olan gəmi 2019-cu ildə inşa edilib.

Dəniz İşləri Baş İdarəsindən verilən şərhdə deyilir:

“Odessa sahillərində AAKKM-ə gələn Türkiyəyə məxsus “YASA JUPITER” adlı Marşal Adaları bayraqlı gəmiyə bombanın düşdüyü məlumatından sonra gəmi kömək istəmədi. Rumıniya ərazi sularında can itkisi olmadığı və təhlükəsiz olduğu öyrənildi‘’.

Ana səhifəDünyaTürk iş adamının gəmisi Odessa sahillərində raketlə vurulub