Turist Bakıda bazara girsə… (VİDEO)

“Turistlər ərzaq satışları, ət satılan yerlərdə milçəkləri, hətta bir azdan milçək yapışqanlarını və üstündə də milçəkləri görsələr, təəccüblənə bilərlər”-Bakı sakini danışır.

Şəhərdə keçiriləcək Avropa Oyunları öncəsi  ölkəyə gələcək turistlərin mağazalarda, marketlərdə, bazarlarda antisanitar durumu görməməsi üçün ekspertlər təkliflər hazırlayıblar. Məram İctimai Birliyinin sədri Elçin Xəlil hökumət qurumlarına göndərdiyi təkliflər paketində göstərir ki, satış yerlərində hər həftənin birinci günü adi, ayda bir dəfə kompleks sanitar-epidemioloji, texniki təhlükəsizliklə bağlı yoxlamalar aparılsın. “Avropalı turist Azərbaycanda bazarların durumunu görsə, sözsüz ki, şok keçirər. Çünki bazarlarda vəziyyət həqiqətən çox ağırdır. Heç bir sanitar-epidemioloji normalara cavab vermir. Əksər bazarlar belədir, hamısına aid etmək olmaz”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da problemlərin həlli üçün Avropa Oyunlarını fürsət bilir. O, ərzaqların göstərilən standartlara uyğun qablaşdırılmasını və satılmasını təklif edir.” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra malların standartlarını hazırlayıb. Məsələn, “halal” malların, məktəb bufetlərində satılan qidaların, şadlıq evlərinin standartların, o cümlədən dönərlərin və s. normaları hazırlayıb.  Amma görək dönərxanalarda vəziyyət necədir ? Gələn turistlər bura müraciət edə bilərlər. Dönərxanaların təxminən 80 faizi standartın tələbinə uyğun işləmir. Toyuq dönərləri ölkədə qadağan olunsa da, 85 faiz bu ətlə  dönər satır.

Elçin Xəlilov ət və ət məhsullarının xüsusi qablaşdırma olmadan hələ də açıq havada satıldığını bildirir.  O, bunun xəstəliklərə yol açdığını deyir.

Birlik sədrləri hökumət qurumlarının təkliflərinə operativ cavab verməsini istəyirlər.

Bakı sakini isə deyir ki ; “Gələn qonaq vaxtı keçmiş məhsulları görsə, çörəyin içində nəsə bir antisanitar bir şey görsə,  hamı kimi məni də təəssüfləndirər. Evdə xörəyin içindən tük , sap çıxanda necə olursan ? Xoşunuza gəlir, yox heç kimin… İştah küsür, yemək istəmirsən, çıxıb gedirsən”.

Ana səhifəVideoTurist Bakıda bazara girsə… (VİDEO)