”Turan” İnformasiya Agentliyi ”Formula-1” yarışmasının təşkilatçılarını diskriminasiyada ittiham edib

Bizim agentlik 2017-2018-ci illərdə Bakıda keçirilmiş Formula-1-i işıqlandırmaq üçün akkreditə almışdı

Source:


Agentlik əsas gətirilmədən akkreditə edilmədiyini bildirib

“Formula-1” 2019 Azərbaycan Qran-prisinin keçirilməsilə bağlı təşkilati məsələlərə məsul olan Baku City Circuit Əməliyyat Şirkəti yarışların işıqlandırılması üçün Turan İnformasiya Agentliyinin akkreditə etməkdən imtina edib.

Bu barədə agentliyin yaydığı bəyanatda deyilir.

“Agentliyin 2019-cu ilin yanvarında yazılı müraciət etməsinə baxmayaraq, heç bir şeylə əsaslandırılmayan imtina aprelin 22-də şifahi formada edilib”.

Agentlik bu aktı açıq ayrı-seçkilik, agentliyin peşə fəaliyyətinin qəsdən məhdudlaşdırılması və Azərbaycanda söz azadlığının məhdudlaşdırılması ilə bağlı dövlət siyasətinin davam etməsi kimi qiymətləndirib.

Bəyanatda deyilir ki, bundan öncə “Turan İA” Baku City Circuit Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəisi Nigar Arpadaraiyə informasiya sorğusu göndərib və qanunvericiliklə müəyyən edilmiş formada yazılı açıqlamaya nail olmağa çalışacaq. İnformasiya sorğusunda deyilir:

“Hörmətli Nigar xanım,

Turan İnformasiya Agentliyinin müxbiri Formula-1 Azərbaycan Qran-prisinin işıqlandırılması üçün Baku City Circuit əməliyyat şirkətinin (Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH)) vasitəsilə onlayn-qeydiyyatdan bu ilin yanvar ayında keçib. Yarışma 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Lakin aprelin 22-də şifahi formada akkreditədən imtina edilib.

Bizim agentlik 2017-2018-ci illərdə Bakıda keçirilmiş Formula-1-i işıqlandırmaq üçün akkreditə almışdı. Yarışlar zamanı bizim işin nəticələrilə bağlı agentliyin ünvanına hər hansı irad olmayıb.

Yaranmış qeyri-sağlam vəziyyətlə əlaqədar "KİV haqqında" və "İnformasiya azadlığı haqqında" qanunların müəyyən etdiyi əsaslarla və müddətdə aşağıdakı sualları yazılı formada cavablandırmağı xahiş edirik:


  1. Akkreditədən imtina barədə qərarı kim qəbul edib?

  2. Akkreditədən imtina barədə qərar nə ilə əsaslandırılıb?

  3. Hansı dövlət strukturları akkreditədən imtina barədə qərarın qəbuluna çalışıblar?

  4. Hansı KİV-lər (adbaad) akkreditə alıb?

  5. Hansı KİV-lərə (adbaad) akkreditədən imtina edilib?”
Ana səhifəXəbərlər”Turan” İnformasiya Agentliyi ”Formula-1” yarışmasının təşkilatçılarını diskriminasiyada ittiham edib