UEFA-nın Əziz Kərimova verdiyi akkreditasiya təsdiq edilib
Bakıda mayın 29-da keçiriləcək Avropa Liqasının "Arsenal" – "Çelsi" oyununa məsul olan Azərbaycan Təşkilat Komitəsi Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) "Turan" İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimova verdiyi akkreditasiyanı təsdiq edib.
Agentliyin direktoruna bildiriblər ki, akkreditasiyadan imtina texniki səhvlə əlaqədar olub və bu səhv düzəldilib. Beləliklə, Əziz Kərimov mayın 29-da UEFA Avropa Liqasının final maçını işıqlandıracaq şəxslər arasına daxil edilib.
UEFA Ə.Kərimovu mayın 15-də akkreditə etdiyinə dair rəsmi bildiriş göndərib. Amma mayın 18-də qurum səbəbini izah etmədən Kərimova imtina yazıb. Elə həmin gün Kərimov UEFA-ya imtinanı izah etmək xahişi ilə sorğu göndərib. UEFA hüquq-mühafizə orqanlarının və yerli hakimiyyətin onun akkreditasiyasından imtina etdiyi cavabını verib.
Agentlik
bununla bağlı xüsusi bəyanat yayıb.