Tural Mustafayev Xədicə İsmayıla qarşı şikayətindən geri çəkilir

“Ərizəni geri çəkirəm və barışığa gedirəm”

Source:

(embedded content removed)





Ərizəni geri çəkirəm və barışığa gedirəm”

İntihara cəhd etdiyini deyən Tural Mustafayev araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı verdiyi şikayət ərizəsini geri götürür. Bu barədə o, dekabrın 27-də öz facebook profilində məlumat yayıb: “Müstəqil vəkillərdən kömək istəyirəm. Xədicə Ismayila qarşı verdiyim şikayət ərizəsin geri götürürəm. Kimsə təcili kömək eləsin. Həbs təhlükəsi var”.

Jurnalist Tural Mustafayev faktı Meydan Tv-yə də təsdiqləyib: “Xədicə İsmayıla qarşı verdiyim ərizəni geri çəkirəm və barışığa gedirəm. Müstəqil vəkil axtarıram. Ola bilsin ərizəmi geri götürəndən sonra özümü həbs etsinlər. Həbsim problem deyil. Sadəcə vaxt tapıb ərizəmi geri götürmək istəyirəm. Təcili kimsə mənimlə əlaqə saxlasın. Nümayəndəm var, Ruslan Əliyev, mən onunla danışdım, hazırda ərizəni geri götürmək üçün işləyir. Ancaq nümayəndə ilə olmur, vəkil lazımdır. Cavad Cavadlı, Elçin Sadıqov… O birilər Xədicənin vəkilləridir, onlar mənə vəkillik edə bilməyəcəklər. Anar Qasımlı və ya kimsə bunu boynuna götürə bilərsə, götürsün”.

Tural Mustafayevin nümayəndəsi Ruslan Əliyev də bu barədı öz facebook hesabında yazıb:

Tural Mustafayev açıqlamasında artıq ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. Onun sözlərinə görə, Moskvaya getmək istəyərkən geri qaytarılıb: “Çox güman ki, bu hadisədən sonra həbs edəcəklər. Baş Prokurorluq tərəfindən ölkədən çıxışıma qadağa qoyulub. Hansı əsasla qoyulduğu bilinmir. Hazırda Qəbələ aeroportundan qayıdıram.  Aeroportda bildirdilər ki, noyabrın 26-da ölkədən çıxışıma qadağa qoyulub. Hansı əsasla qoyulduğu da bilinmir. Mən zərərçəkmiş şəxsəm. Zərərçəkmiş şəxsə də qadağa qoyulmur.  Yəqin ki, ölkədən çıxandan sonra ərizəmi geri çəkəcəyimdən qorxurdular. Xədicəni həbsdə saxlamaq üçün edilib. Buna görə ölkədən çıxışıma qadağa qoyulub. Hər bir halda ərizəmi geri götürürəm”.

Tural Mustafayev açıqlamasından təxminən 10 dəqiqə sonra təkrar Meydan TV ilə əlaqə saxlayaraq, polis tərəfindən saxlanıldığını dedi. O, bu barədə öz facebook səhifəsində də yazıb.

Ana səhifəXəbərlərTural Mustafayev Xədicə İsmayıla qarşı şikayətindən geri çəkilir