O, Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən Xədicə İsmayıla qarşı şikayət ərizəsi yazmağa məcbur edildiyini bildirmişdi
Mayın 5-də araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsindən 5 ay ötür. Xədicə İsmayıla qarşı şikayət ərizəsi yazan Tural Mustafayev ərizəni geri götürdüyünü və şikayəti təzyiq altında məcburi yazdığını deyib. Mayın 1-də internetdə Tural Mustafayev öz videomüraciətini yayıb. Müraciətində Tural Mustafeyev Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən Xədicə İsmayıla qarşı şikayət ərizəsi yazmağa məcbur edildiyini bildirir: