Tural Abbaslı partiya sədri seçildi

Vahid Azərbaycan Partiyası qurultay keçirdi

Source:
Tural Abbaslı
Tural Abbaslı
Tural Abbaslı
Tural Abbaslı


Vahid Azərbaycan Partiyası qurultay keçirdi


İyunun 26-da VHP qərargahında Vahid Azərbaycan Partiyasının qurultayı keçirilib. Qurultayda 143 nümayəndədən 86 nəfəri iştirak edib ki, onlardan da 84-ü seçkili orqanlarda iştirak edib. Tədbirdə sədr, Ali Məclis və Mərkəzi-Nəzarət Təftiş Komissiyası seçilib.

Bu barədə Meydan TV-yə qurultayda partiyanın sədri seçilən Tural Abbaslı məlumat verib.

Tural Abbaslı bildirib ki, partiyanın adı və nizamnaməsində dəyişiklik edilib: “Biz əvvəl AĞ partiya təsis etmişdik, sonradan Vahid Azərbaycan Partiyasına qoşulduq və 26 iyunda bu partiyanın qurultayı keçirildi. Yəni biz AĞ Partiyanı yaradanlar düşündük ki, qeydiyyatda olan partiyanın sıralarına qoşulub fəaliyyət göstərmək praqmatizm baxımından daha yaxşıdır. Qurultayda irəli sürülən təkliflər əsasında 1 nəfər bitərəf olmaqla partiya Vahid Azərbaycan adlandırıldı. Partiya 1993-cü ildən 1998-ci ilə qədər aktiv olub, sonra bir qədər passiv fəaliyyət göstərən Vahid Azərbaycan Partiyasının fəal olmasına çalışacağıq. Əvvəlki sədr mərhum Kərar Əbilov 1993-cü il prezident, 2015-ci il parlament seçkilərində iştirak edib”.

Tural Abbaslı bildirib ki, onlar müxalifət partiyasıdır, ideoloji əsasları müsavatçılıq, sağ mərkəzçilikdir: “Hazırda əsas məqsəd rayon təşkilatlarının yaranması və üzvlərin sayını artırmaqdır. Siyahı üzrə 60-70 rayon təşkilatı olsa da, işlək baxımdan bunu demək olmaz”.

Ana səhifəXəbərlərTural Abbaslı partiya sədri seçildi