Mənbə: Meydan Tv

Transgenderin qətli ilə bağlı həbs olunan var

Hadisəni mübahisə zəminində baş verdiyi bildirilir

Qaradağ rayonu, Puta qəsəbəsində yandırılmış cəsədi tapılan transgender Əhəd Nuriyevin qətli ilə əlaqədar bir nəfər həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 27 yaşlı Əhəd Nuriyevi öldürməkdə təqsirləndirilən şəxs Mirşahid Mehdiyevdir.

1985-ci il təvəllüdlü Mirşahid Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində məhkəmə qərarıyla həbs qətimkan tədbiri seçilib.

Əhəd Nuriyevin meyiti avqustun 22-də axşam saat 21 radələrində tapılıb. Amma qətl hadisəsinin bundan bir neçə gün əvvəl – avqustun 18-də törədildiyi məlum olub.

“Cinayətin avqustun 18-də səhər saat 5 radələrində Mirşahid Mehdiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədildiyi müəyyən edilib”, - prokurorluğun məlumatında bildirilir.

Qaradağ rayon Prokurorluğunda bu hadisə ilə bağlı istintaq araşdırmaları davam edir.

Əhəd Nuriyevin qətlindən sonra bir qrup LGBT üzvü avqustun 24-də axşam saatlarında Qaradağ rayon Polis İdarəsi və Ombudsman Aparatının qarşısında aksiya keçirib. Onlar baş vermiş hadisəyə görə bloger Sevinc Hüseynovanı ittiham ediblər: “O, gəlinlik paltarında ad günü keçirəndən sonra Sevinc Hüseynova onun və bizim hamımızın əleyhinə çağırışlar etdi, yazılar paylaşdı. Bu da nəticəsi. Bir insanı öldürmək, yandırmaq vəhşilikdir”.

Etirazçılar Sevinc Hüseynovanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. Onlar həmçinin Ombudsmanla görüşmək istəyiblər: “İstəyirik ki, Ombudsman səsimizə səs versin, bizim hüquqlarımız qorunsun”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ephwyz

Ən çox baxılan