Tramp: Konqres üzvü İlhan Ömərin İsraillə bağlı üzrü qüsurludur

”O, Konqresdən, ya da o, Xarici İşlər Komitəsindən istefa verməlidir”

Source:

Tramp Qüds qərarını elan edərkən
Tramp Qüds qərarını elan edərkən


”O, Konqresdən, ya da o, Xarici İşlər Komitəsindən istefa verməlidir”

Prezident Donald Tramp (Donald Trump) çərşənbə axşamı ABŞ Konqresinə yeni seçilmiş İlhan Ömərin Konqres üzvlərinin İsraili dəstəklədiyini və bunun əvəzində maddi qarşılıq aldıqlarını qeyd edən düşüncəsinə görə üzr istəməsini “qüsurlu” hesab edib və onu istefa verməyə çağırıb.

Həftə sonu bir tvitdə Konqresdə xidmət edən ilk iki müsəlman qadından biri olan Minnesota demokratı İlhan Ömər Amerika-İsrail İctimaiyyətlə Əlaqə Komitəsini (AIPAC) tənqid edib. “Bütün bunlar Benyaminin (Benjamin) körpəsi ilə əlaqədardır ,” – deyə o yazırdı.

İsraili dəstəkləmək üçün Konqres üzvlərinə pul verənin kim olduğunu soruşanlara, o, “Twitter”dən “AIPAC!” cavabını verib.

Tramp çərşənbə axşamı jurnalistlərə verdiyi şərhdə, “anti-Semitizmin ABŞ Konqresində yeri yoxdur,” – deyib.

Prezident Ömərin dediklərini “qorxunc” adlandırıb. “Hesab edirəm ki, o, Konqresdən, ya da o, Xarici İşlər Komitəsindən istefa verməlidir. Dedikləri onun ürəyində dərin bir yerə sahibdir”.

Tramp hesab edib ki, Ömərin üzrü “qüsurludur”.

Ömər lobbiçilərin İsraili dəstəkləmək üçün millət vəkillərinə maddi vəsait ödədiyini iddia etdikdə yəhudi amerikalıları da daxil olmaqla heç kimə hörmətsizlik etmək niyyətində olmadığını söyləyib. O, “birmənalı olaraq” üzr istəyib.

Çərşənbə axşamı vitse-prezident Mayk Pens (Mike Pence) da “Twitter” hesabında qeyd edib ki, Ömərin “tvitləri rüsvayçıdır və onun üzrü qeyri-adekvatdır”.

“ABŞ Konqresində antisemitizmin yeri yoxdur, eynilə də xarici işlər komitəsində”,- o deyib: “Antisemitizmlə məşğul olanlar yalnız qınanılmamalı, öz sözlərinin nəticələrilə üzləşməlidirlər”.

Ana səhifəDünyaTramp: Konqres üzvü İlhan Ömərin İsraillə bağlı üzrü qüsurludur