Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları aprelin 3, 10, 24-da və mayın 8-də baş tutacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) 2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin tarixlərini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, plan-qrafik TQDK-nın rəsmi saytında yerləşdirilib.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının 1-ci mərhələsi martın 6-da keçiriləcək.
Proqram seçimi 3-10 may, qəbul imtahanının 2-ci mərhələsi isə iyunun 5-də olacaq. 9-19 iyun tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 8-14 avqust tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.
Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə isə ərizə qəbulu 1-10 mart tarixlərində aparılacaq. Qəbul imtahanının 1-ci mərhələsi aprelin 3-də, ikinci mərhələsi isə iyulun 29-da keçiriləcək.
Rezidentura üzrə ixtisaslaşma seçimi 1-7 avqust, boş qalan yerlərə ixtisaslaşma seçimi isə 19-22 avqust, boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24-25 avqust tarixlərində həyata keçiriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları aprelin 3, 10, 24-da və mayın 8-də baş tutacaq.