Toydan çıxıb xəstəxanaya getdilər (VİDEO)

Toydan çıxıb xəstəxanaya getdilər. Zəhərlənənlər arasında uşaqlar və hamilə qadın da var Avqustun 8-də İbrahim Əliyev “Zəngəzur” şadlıq sarayında toy edib. Elə həmin gecə saat 2-3 radələrində toyda iştirak edən qohumlarda ağrılar başlayıb.

Toy sahibi deyir ki, toyda zəhərlənən 30-dan çox qonaq 1 sayli Şəhər Klinik Xəstəxanasına, qalanları Bakıda yerləşən müxtəlif klinikalara üz tutublar. Avqustun 9-u, günortayadək zəhərlənənlərin sayı artıb. Onların arasında azyaşlı uşaqlar və hamilə qadınlar da var.

İbrahim Əliyevin sözlərinə görə, “Zəngəzur” şadlıq sarayının adminstratoru xərcləri öz üzərinə götürmək istəyib.

Toy sahibi deyir ki, nümunə götürmək üçün ekspertlər restorana getsələr də, toyda süfrəyə qoyulan yeməkləri tapa bilməyiblər

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, ümumilikdə 77 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara qəbul edilib. Onların 15-i uşaqlardır. Nazirlik vurğulayır ki, zəhərlənən şəxslərdən lazımi analizlər götürülüb və nəticələri yaxın zamanda açıqlanacaq. Əslində “Şadlıq saraylarının təsnifatı və qaydalar” (AZS 746-2012) müəyyən edib və 1 mart 2013-cü ildən bu standartın tətbiqinə başlanıb. Lakin belə görünür ki, ya tərəflər bu qaydalardan xəbərsizdir, ya da müqavilə bağlamaqda maraqlı deyirlər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti də məsələnin araşdırıldığını deyir.

Ana səhifəVideoToydan çıxıb xəstəxanaya getdilər (VİDEO)