Cəbhədə hərbi əməliyyatların davam etdiyi bildirilir
Ermənistan silahlı qüvvələri noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrinin mövqelərini fasilələrlə atəşə tutub.
Noyabrın 9-na keçən gecə cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib.