Torbyorn Yaqland Xədicə İsmayılın həbsini pislədi

“Bu, Azərbaycanda vətəndaş cəmiyyətinə, bir çox beynəlxalq ictimaiyyətə mənfi mesaj göndərir”

Source:

“Bu, Azərbaycanda vətəndaş cəmiyyətinə, bir çox beynəlxalq ictimaiyyətə mənfi mesaj göndərir”

Avropa Şurasının baş katibi Torbyorn

Yaqland jurnalist Xədicə İsmayılın dərhal azadlığa buraxılmasını istəyib.

T.Yaqland 9 oktyabr tarixli bəyanatında onun barəsində  iki aylıq həbs- qətimkan tədbirinin seçilməsindən  narahat olduğunu bildirib: “Onun həbsi lazımsız idi.  Bu, Azərbaycanda vətəndaş cəmiyyətinə, bir çox beynəlxalq ictimaiyyətə mənfi mesaj göndərir. Bu, Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin necə ağır şəraitdə olduğunu göstərir və  Azərbaycanın  üzərinə götürdüyü öhdəliklərinə ziddir. Mən Xədicə İsmayılın  və  Avropa Şurasının  Azərbaycandakı digər tərəfdaşlarının dərhal azadlığa buraxılmasına çağırıram”.

Ana səhifəXəbərlərTorbyorn Yaqland Xədicə İsmayılın həbsini pislədi