Tofiq Yaqublunun ölkədən çıxışına qadağa qoyulub (yenilənib)

””Sınıq Körpü” sərhəd məntəqəsində bildirdilər ki, mənə “stop” qoyulub, ölkədən çıxa bilmərəm”

Source:
Tofiq Yaqublu


””Sınıq Körpü” sərhəd məntəqəsində bildirdilər ki, mənə “stop” qoyulub, ölkədən çıxa bilmərəm”

——————————————————–


17.55. Tofiq Yaqublu öz Facebook səhifəsində sərhədi keçdiyini yazıb: “Baş verənlər haqqında sonra ətraflı yazacam. Gürcüstan sərhəddini isə 1.5 dəqiqəyə keçdim”

.

———————————————————

Martın 17-də əfv sərəncamıyla azad olunan Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunu  “Sınıq Körpü” sərhəd məntəqəsində Gürcüstana buraxmayıblar.

Bu barədə Tofiq Yaqublu öz Facebook səhifəsində xəbər paylaşıb.

O, yazıb ki, hökumət ona etdiyini etdi: “Şərləyərək həbs etdilər. Bu üzdən Nərgizimin nə gəlin köçəndə yanında ola bildim, nə də həyatdan köçəndə. Həyatımın 3 il 2 ayını çaldılar. Həbsdən çıxdıqdan sonra ilk dəfə doğma el-obama, Borçalıya, dünyanın ən gözəl kəndi Incəoğluya gedirdim. Həm qohum-qardaşla görüşməyə, həm də vacib hüzr məclisində iştirak etməyə. Amma zibillik içində olan “Sınıq Körpü” sərhəd məntəqəsində bildirdilər ki, mənə “stop” qoyulub, ölkədən çıxa bilmərəm. İndi bunlara nə deyəsən?”

T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum edilib. Martın 17-də imzalanan əfv sərəncamıyla azad edilib.

Ana səhifəXəbərlərTofiq Yaqublunun ölkədən çıxışına qadağa qoyulub (yenilənib)