Tofiq Yaqublu

Mənbə: Foto: arxiv

Başlıq: Tofiq Yaqublu

Tofiq Yaqublu prokurorluğa çağırıldı

Müxalifətçiyə rəsmi çağırış vərəqəsi göndərilib

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu avqustun 21-də Baş Prokurorluğa çağırılıb. Bu barədə məlumat verən T.Yaqublunun sözlərinə görə, öncə ona Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı zəng edib. Lakin T.Yaqublu ondan rəsmi şəkildə çağırış vərəqi göndərmələrini istəyib.

"Nurulla Məmmədxanlı bu gün saat 17.13-də zəng eləmişdi. Mən rəsmi çağırış tələb etdim. Təxminən üç saat Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Toğrul Muxtarovun imzası ilə rəsmi çağırış məktubunu təqdim etdilər. Gedək görək nə deyirlər...", - T.Yaqublu bildirib.

Məktubda yazılıb ki, T.Yaqublu Baş Prokurorluqda icraatda olan 16/352 saylı araşdırma materialı ilə əlaqədar çağrılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x0jpcp

Ən çox baxılan