Tofiq Yaqublu prokurorluğa çağırıldı

Lakin T.Yaqublu ondan rəsmi şəkildə çağırış vərəqi göndərmələrini istəyib.

Source:


Müxalifətçiyə rəsmi çağırış vərəqəsi göndərilib

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu avqustun 21-də Baş Prokurorluğa çağırılıb. Bu barədə məlumat verən T.Yaqublunun sözlərinə görə, öncə ona Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı zəng edib. Lakin T.Yaqublu ondan rəsmi şəkildə çağırış vərəqi göndərmələrini istəyib.

"Nurulla Məmmədxanlı bu gün saat 17.13-də zəng eləmişdi. Mən rəsmi çağırış tələb etdim. Təxminən üç saat Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, ədliyyə müşaviri Toğrul Muxtarovun imzası ilə rəsmi çağırış məktubunu təqdim etdilər. Gedək görək nə deyirlər…", – T.Yaqublu bildirib.

Məktubda yazılıb ki, T.Yaqublu Baş Prokurorluqda icraatda olan 16/352 saylı araşdırma materialı ilə əlaqədar çağrılır.

Ana səhifəXəbərlərTofiq Yaqublu prokurorluğa çağırıldı