“Nə etmək olar, bu da bir qismətdir”
Müsavat Partiyasının üzvü Tofiq Hüseynli (Qara Tofiq) partiya sıralarını tərk edib.
Məlumatı aznews.az-a T.Hüseynli özü məlumat verib:
“Partiyadan istefa verdim. Nə etmək olar, bu da bir qismətdir. Belə yazılıbmış”,-deyə Tofiq Hüseynli bildirib.
Xatırladaq ki, T.Hüseynli həm də Müsavat Partiyası Tovuz rayon təşkilatının üzvü idi. Oktyabrın 15-də partiyanın Tovuz rayon Təşkilatı tam heyətlə istefaya gedib.