Ömrünün son illərində müğənninin səhhətində çoxlu problemlərin olduğu deyilirdi
Amerikalı müğənni Tina Törner 83 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Məlumatı “Sky News” yayıb.
Tina Törner 2013-cü ildə insult keçirib.
Ona 2016-cı ildə bağırsaq xərçəngi diaqnozu qoyulub.
2017-ci ildə isə böyrək transplantasiyası əməliyyatı keçirib.
1939-cu ildə Tennessidə doğulan və Amerikada məşhurlaşan Tina Törner 2013-cü ildə ABŞ pasportundan imtina edərək İsveçrə vətəndaşı olub.
Əsl adı Anni Mey Bullok olan Tina Törner “Rok-n-roll kraliçası” adlandırılırdı.