Tibbi-Sosial Ekspert Komissiyaları ləğv oluna bilər

Səlim Müslümov: “Artıq Azərbaycanda əlilliklə bağlı müayinələri ancaq səyyar komissiyalar aparacaq”

Source:


Səlim Müslümov: “Artıq Azərbaycanda əlilliklə bağlı müayinələri ancaq səyyar komissiyalar aparacaq”

Azərbaycanın rayonlarında fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) ləğv oluna bilər. “Report”un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, nazirlikdə bu istiqamətdə iş aparılır: “Keçən ay nazirlikdə keçirilən yeni pilot layihəyə əsasən səyyar komissiyalar özünü təsdiqləyib. Artıq Azərbaycanda əlilliklə bağlı müayinələri ancaq səyyar komissiyalar aparacaq”.

Ana səhifəXəbərlərTibbi-Sosial Ekspert Komissiyaları ləğv oluna bilər