Tibbi maskadan istifadə tələbi ləğv edilir

Mənbə: Meydan TV

Məktəblərdə də tibbi maskadan istifadə məcburi olmayacaq

Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilən bəzi tələblər ləğv edilir.
Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.

Qərara əsasən, ölkədə xüsusi karantin rejiminin müddəti bu ilin iyulun 1-i saat 06:00-dək uzadılıb.
Mayın 1-dən isə tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Koronavirus 2019-cu ilin sonu Çində yaranıb, dünyaya yayılıb.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Ana səhifəSosialTibbi maskadan istifadə tələbi ləğv edilir